Karikatura
İtalyan dilindən “yükləmək, şişirtmək” mənasını verən bu söz məzmunca bilavasitə ictimai-siyasi və məişət mövzusunda çəkilən satirik və yumoristik rəsmlərin bədii mahiyyətini ifadə edir.
Kapitalizmin inkişafı ilə yaranan və əsasən sinfi və siyasi mübarizədə ideoloji vasitə kimi istifadə olunan karikatura təsviri sənətdə satiranın ən geniş yayılmış formalarındandır.
Avropada XVI-XVIII əsrlərdə ən yaxşı nümunələri yaradılan karikaturanın müstəqil janr kimi Azərbaycanda geniş yayılması bilavasitə “Molla Nəsrəddin” (1906) jurnalının çapı ilə bağlı (orta əsrlərdə Kamal Təbrizi adlı rəssamın bu janrda əsərlər çəkdiyi də məlumdur) olmuşdur. Sovet dönəmində “Kirpi”(1952) jurnalının çapı öz ətrafında müxtəlif dəst-xəttə malik rəssamları toplamaqla bu janrın geniş yayılmasına təkan vermişdir.
10.05.2018