YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Teatr incəsənətinin tarixi və növləri

Teatr - sinkretik incəsənətdir. Teatr əsəri (tamaşa) pyesin mətnindən (ssenari), rejissorun, aktyorun, rəssamın və bəstəkarın birgə  yaradıcılığından ibarətdir. Operada və baletdə vacib rol musiqiyə verilib. 

 

Tamaşa - çoxlu insanların fəaliyyətinin nəticəsidir. O səhnəyə gələn aktyorun, kostyumu tikən kostyumerin, işığı qoyan operatorun, tamaşaçını
qarşılıyan biletyorun, qarderob işçisinin birgə məhsuludur.

 

Teatr tamaşasında mətn vacib yer tutur. Dram tamaşası üçün pyes - buna misaldır. Hətta o səhnə tamaşalarında, harada söz yoxdursa, orada mətn vacibdir. Məsələn, baletin və pantomimanun ssenari-librettosu var. Tamaşanın iş prosesində dram mətni səhnəyə köçürülür. Nəticədə ədəbi söz ssenari sözünə çevrilir.

 

Səhnə incəsənəti kimi teatr adətlərdən və sehirli mərasimlərdən, ayinlərdən inkişaf etmişdir. Belə hərəkətlərdə həmişə oyun mövcud olmuş, iştirakçılar maska və xüsusi kostyumlardan istifadə etmişlər. 

 

İnsan oynayarkən onu əhatə edən dünyaya, insanlara, təbiyyətə təsir etmək üçün ilahini təsvir edirdilər. Vaxt keçdikcə bu mərasimlər kübar oyunlara çevrilir və şənlənməyə xidmət göstərir. Zaman keçdikcə iştirakçılar tamaşaçılardan ayrıldılar. Müxtəlif vaxtlarda səhnə incəsənətinin ya şənləndirmək, ya təbliğ etmək funksiyasını yerinə yetirilməsində teatr bunun öhtəsindən gəlirdi - onun imkanları, təsir gücü çox idi. Buna görə onu krallar, knyazlar, imperatorlar, nazirlər, inqilabçılar və konservatorlar öz xidmətinə götürürdülər.

 

Orta əsrlərdə teatra qarşı bir tərif “Teatrum mundi” qoyulmuşdu, latın dilində bu söz birləşməsi “teatrda sülh” deməkdir.

 

Yaratmağın sirrini oynamaq və təkrarlamaq vacib olduğundan, səhnə məkanı dünya modeli kimi düşünülürdü.

 

İntibai dövründə teatr insanların səhvlərini düzəltmək vəzifələrini qarşıya qoyurdu. İnsanın pis hərəkətlərini və səhvlərini mühakimə etmək və layiqli həyata yönəltmək əsas ıdi. 

 

Maarifçilik dövründə səhnə incəsənəti yüksək qiymətləndirilirdi- mənəviyyatı təmizləyən və yaxşı hərəkətlərə həvəsləndirilirdi. Bu fikirlər Qoqolun və Axundovun da əsərlərində əks olunurdu. XX əsrin inqilablarında incəsənət silah kimi istifadə edilirdi.Teatr təbliğat vəzifəsini yerinə yetirirdi.

 

Teatr incəsənətinin müxtəlif növləri var:


1. Dramatik teatr- burada hadisələrin mənası, xarakterlər söz ilə ifadə olunurdu.

2. Opera

3. Balet (kordebalet-kütləvi səhnələrdə iştirakçıların səhnəsidir)

4. Operetta (komik musiqi operası) və müzikl – komik və dramatik musiqi əsəridir, X1X əsrin axırı ABŞ-da, Nyu-Yorkda, 1866-cı ildə
yaranmış, ekranlaşmış müzikllardır (Şerburq çətirləri,Musiqinin səsi).

5. Pantomima - ən qədim teatr sənəti olub, “bütün hərəkətlərin yamsılaması” deməkdir. Müasir pantomima - sözsüz tamaşadır.

6. Teatr – kabare –burada teatr forması, estrada və restoran mahnısı əks olunur. Avropada, xüsusən Fransada, inkişaf edib. Məşhur əsərlər – “Qara pişik”, “Əyri güzgü” və s.-dir.

7. Kukla teatrı - qədim antik dövrdə - Yunanıstanda və Romada yaranıb. Ən genış yayılan - saplarla, əlcəklə, əl ağacı ilə hazırlanmış kuklalardır. Kukla teatrın formaları - marionetka teatrı, taxta kuklalardan ibarətdir.