YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Delfinlər

Delfinlər- dişli balinalar qrupuna aid olan məməli heyvanlardır. Bütün məməlilər kimi delfinlər də istiqanlıdırlar. Havanın oksigeniylə tənəffüs edər, doğuraraq törəyər və balalarını südləriylə bəsləyərlər. 

 

Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quruda yaşayan məməlilərdə olduğu kimi bir refleks deyil, iradəli hərəkətdir. 

 

Delfin yatdıqda beyninin sağ və sol yarımkürələrini təqribən on beş dəqiqə fasilə ilə işlədir. Bir yarımkürə yatarkən, digər yarımkürə nəzarət edərək heyvanın suyun səthinə çixmasını təmin edir.

 

Delfinlərin 40-a yaxın növü vardır. Çoxu dənizlərdə, bəziləri şirin su göllərində və çaylarda yaşayırlar. 

 

60 milyon il əvvəl delfinlərin əcdadları quruda yaşayırdılar. Bu təkamülləşmələri 20 milyon il davam etdi.

 

Hər növ delfinlər ağıllı və sevimlidirlər. Həmişə gülürmüş kimi görünərlər, amma əslində bu onların ağız quruluşundan qaynaqlanar.

 

Sahilə yaxın, dayaz bölgələrdə yaşayırlar. Cənubi Afrikada Amazon çayında yaşayan delfinlər də vardır. Bunlar Botonlar və Tipuşilərdir.

 

Delfinlər müxtəlif növ balıqlarla birlikdə gəzməyi sevirlər. Onların suda atlayaraq üzmələri daha sürətli irəliləmələrini təmin edir və həyatlarına əyləncə qatır.

 

Bu oyunçu heyvanlar fərqli səslər çıxararaq öz aralarında danışırlar. Elm adamları delfinlərin suyun altında necə ünsiyyət qura bildiklərini neçə illərdir anlamağa çalışırlar.