YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

London

London Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtıdır. London Avropada ən böyük şəhərdir, əhalisi 7,2 milyon nəfərdir. Şəhər şərqə doğru axan və şimal dənizinə tökülən Temza çayının sahilində yerləşir.

 

London Londinium adlandırılan romalıların məskəni kimi yaranmışdır. Orta əsrlərdə London ingilis krallarının, eləcə də ölkə parlamentinin əsas iqamətgahı olmuşdur. Bundan başqa London elə həmin dövrlərdən mühüm limana və ticarət mərkəzinə çevrilmişdir. XVII əsrdə şəhərdə evlər çox sıx tikildiyinə görə epidemiyalar və digər bəlalar çox tez yayılırdı. 1666-cı ildə olan yanğın Londonun mərkəzi hissəsini tamamilə məhv etdi, bəzi rayonları isə İkinci Dünya müharibəsi zamanı bombardmanlardan zərər çəkdi.

 

Bu gün London çox sayda bankları, sığorta şirkətləri və qaynayan fond birjası ilə dünyanın ən iri maaliyyə mərkəzlərindən biridir. Minlərlə turist Bukinhem sarayı, Tauer və Parlament binası kimi görməli yerlərinə baxmaq üçün Londona gəlir.