YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Rumi Mövlanə Cəlaləddin

Yazdığı məsnəvisi ilə şöhrət qazanan böyük türk sufisi Cəlaləddin Rumi Bəlxdə anadan olmuş, monqol-tatar yürüşü vaxtı atası ilə birlikdə Anadoluya köçmüşdü. Atası dövrünün elmlərini yaxşı bilən alim idi.

 

Cəlaləddin ilk təhsilini də məhz ondan almış, az bir müddətdə biliyi və savadı ilə Anadoluda şöhrət qazanmış ətrafına çoxlu tələbə toplamışdı. Cəlaləddin Anadoluda, əsasən Konya şəhərində yaşadığına görə Rumi təxəllüsü ilə ( o vaxtlar Anadoluya Rum ölkəsi deyirdilər ) şeirlər yazırdı. Onun türkcə yazdığı bir neçə şeirindən başqa qalan əsərləri farscadır. 

 

Fars ədəbiyyatında məsnəvi formasını cilalayan və şöhrətləndirən Cəlaləddin Rumi olmuşdur. Cəlaləddin Ruminin həyatında dönüş böyük türk sufisi Şəms Təbrizi ilə görüşündən sonra olmuşdur. Şəms Mövlanəyə elmə dərin yiyələndikdən sonra ağılın yerinə eşqin, kitabın yerinə şəxsi təcrübənin daha da üstün olduğunu başa saldı. Həmin andan Ruminin həyatı tamamilə dəyişdi.

 

Rəvayətə görə Rumi özü rəqs edib oxumağı çox sevərmiş. Onun rəqs edərək vəcdə gəlməsi, “quş kimi göylərə uçmağı” barədə çoxlu rəvayət mövcuddur. Bütün bu xüsusiyyətlər qədim türk mədəniyyətindən gələn ünsür idi.

 

Ruminin şeirlərində dərin düşüncə ilə lirik duyğu birləşdirilmişdir. Onun əsas məqsədi insanda və kainatda gizli olan həqiqətləri göstərməkdir. Şairə görə kainat Tanrının əsəridir. İnsan nə qədər ki, kainata adi gözlə, mənfəət axtarmaq naminə baxır, o, kainatın içindəki həqiqəti və həqiqi gözəllikləri görə bilməz. Tanrı gözəlliyini görmək üçün insan öz ruhunu nəfsdən təmizləməlidir. Nəfsdən təmizlənən ruh ney kimi fəryad edər, öz əslinə dönməyə çalışar.

 

Cəlaləddin Mövlanə Ruminin şeirləri xalq arasında geniş yayıldığından çox vaxt zərb-məsəl, atalar sözü kimi işlədilir: “Ya göründüyün kimi ol, ya olduğun kimi görün”, “Ey dil! Sən sonsuz bir xəzinəsən, həm də dərmanı olmayan dərdsən!”