YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Metal

Yer kürəsində olan elementlərin təqribən üçdə ikisi metallardır. Onların ən vacibləri dəmir (polad istehsalı üçün istifadə olunan) mis və alüminium hesab olunur.

 

İnsanlar ən qədim zamanlardan başlayaraq metallardan istifadə edirlər. Bu metalların sırasına dəmir, mis və qalay daxildir. Onlardan əmək alətləri və silahlar düzəldilirdi. Çox erkən dövrlərdə kəşf olunmuş qızıl və gümüşdən bəzək əşyalarının hazırlanmasında istifadə olunurdu.

 

Metalların çoxu əridilənə kimi bərk, bəziləri isə yumşaq və parıltılı olmaqla istiliyi və elektriki yaxşı keçirirlər (xüsusilə mis və gümüş). 

 

Bəzi metallar yumşaqdır, onlardan lazım olan məmulatı asanlıqla  düzəltmək və ya nazik sim çəkmək mümkündür. Digər metallar isə kövrək olduqlarına görə asanlıqla sınır, bəziləri isə o qədər bərkdir ki, onlarla işləmək çox çətin olur.

 

Metalları qarışdırıb xəlitə(ərinti) almaq olar, belə xəlitələr hazırlandıqları metallardan fərqli xüsusiyyətlərə malik olur. Məsələn, tunc qalay ilə misin xəlitəsidir, amma o, bu metalların hər ikisindən qat-qat möhkəmdir.

 

Qızıl və platin kimi nadir metallardan fərqli olaraq dəmir, alüminium kimi metalların Yerdə çox böyük ehtiyatları var. Metallar təmiz halda və ya başqa elementlərlə qarışıq-mineral halda tapıla bilərlər. Məsələn, filiz metalın oksigenlə qarışığı şəklində çıxarılır.