YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İmmunitet

“İmmunitet” termini rus alimi İ.İ.Meçnikov və fransız mikrobioloqu L.Paster tərəfindən təklif edilmiş və mənası latın dilində olan “immunis” sözündəndir.  Xilas etmə, azad etmə deməkdir. Qədim Romada bəzi dövləti mükəlləfiyyətlərindən azad edilmiş şəxslər belə adlandırılıdı.

 

Əvvəllər “immunitet” adı altında orqanizmin yalnız infeksion xəstəliklərə tutulmamaq qabiliyyəti nəzərdə tutulurdu. Ancaq XX əsrin ortalarından etibarən, ingilis alimi P.Medavrın apardığı elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, immunitet insan orqanizmini onun üçün qenetik olaraq yad hesab edilən istənilən hüceyrələrdən - infeksiyalar, mikroblar, göbələklər, parazitlər, transplantasiya üçün istifadə edilən istənilən yad toxumalar, həmçinin insanın özünün mutasiyaya uğramış hüceyrələrindən də (həmçinin xərçəng hüceyrələrundən) qoruyur.

 

İmmunitetin iki növü var: 
1.Anadangəlmə- növə məxsus olur.
2.Sonradan qazanılan- fərdə məxsus olur.

 

Anadangəlmə immunitet növün irsi əlamətidir. Məsələn:dovşan və yaxud it polimetit (uşaq paraloci) xəstəliyinə, insan isə iribuynuzlu qaramalın cuma xəstəliyinə tutulmur. Insanın xəstələnməməsinə səbəb onun qanında hazır antitellərin olmasıdır. Anadangəlmə immunitet uşağa valideynlərdən keçir. Digər hallarda isə immunitet insanın keçirdiyi yoluxucu xəstəliklərdən sonra yaranır. Bu qazanılmış immunitetdir.

 

Qazanılmış  immunitet 2 yerə bölünür: 1. Təbii 2. Süni. 
Anadangəlmə və yaxud keçirilmiş xəstəlik nəticəsində qazanılmış immunitetə təbii immunitetdeyilir. Təbii immunitet o vaxt əmələ gəlir ki, insan həmin xəstəliyi keçirir. Məsələn, insan uşaqlıqda qızılca, göy öskürək, su çiçəyi kimi xəstəliklərini keçirirsə, o bir daha həmin xəstəliyə tutulmur, çünki onun qanında  həmin xəstəliyə qarşı xüsusi maddə-antitel əmələ gəlir. Bu antitel zülalı maddə olub, yad cisimləri (mikroorqanizmləri) və zəhəri zərərsizləşdirir. 

 

İmmunitet haqqında olan fikirlər min ilərdir ki, bəşəriyyətin diqqətini cəlb etmişdir. Əvvəllər elmin zəif inkişaf etdiyi dövrlərdə insanlar bir sıra epidemiyaların səbəblərini fərqli başa düşürdülər. 

 

İmmunologiya (immunitet barədə olan elm) – cavan hesab edilən elmlərdən olub hal-hazırda inkişaf etməkdə davam etsə də, insanın immun sisteminin bir çox sirləri hələ də gizli olaraq qalmaqdadır.

 

Müasir immunologiyanın başlanğıcı XVIII əsrin sonu hesab olunur və onu ingilis həkimi Edvard Cennerin adı ilə bağlayırlar.

Cenner ilk dəfə olaraq bir neçə şəxsə çiçək (“ospa”) peyvəndi vurmağa cürət edib. Nəticədə onlar bu xəstəliyə tutulmayıblar.


 
Bu tibb tarixində çox böyük nəaliyyət hesab olunur, çünki o zaman çiçək xəstəliyi xeyli sayda insanların vəfat etməsinə səbəb olurdu. XVIII əsrdə hər il çiçək xəstəliyindən yalnız Qərb Avropada 400 mindən artıq insan ölürdü.

 

İnsanın immun sistemi – çox mürəkkəb və çox mükəmməl bir sistem olub, orqanizm üçün “yad” və təhlükəli hesab edilən istənilən substansiyaların tanınması və məhv edilməsi funksiyasını daşıyır. Bundan başqa, immun sistemi orqanizmin hüceyrə və toxumalarının normal şəkildə inkişaf etməsinə nəzarət edərək, onlar üçün nəzərdə tutulan genetik proqramdan kənara çıxmağa imkan vermir. Yəni, xərçəng hüceyrələrini, qocalmış, ölmüş hüceyrələri məhv edir və məhv olmuş hüceyrələrin üzərinə düşən vəzifələri tam şəkildə icra edə bilən cavan “ardıcılların” yetişdirilməsi mexanizmini tənzimləyir.