YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Toxuculuq

Pərdələr və müxtəlif örtüklər, köynəklər və xalçalar, dəsmallar və kostyumlar-bütün bunlar və çox miqdarda digər lazımlı şeylər toxuculuq adlandırılan prosesdə əldə olunur. Toxuculuq bir-biriləri ilə düzbucaq altında yerləşdirilən sapların çarpaz şəklində toxunmasına əsaslanır.

 

İnsanlar hələ daş dövründə geyim hazırlamağı öyrənmişdilər. Bizim günlərə qədər gəlib çatmış ən qədim parça 8000 il əvvəl müasir Türkiyənin ərazisində toxunulmuşdur. O zaman insanlar artıq kətan liflərdən parça toxuyurdular. Bizim eradan əvvəl, təqribən 2000-ci ildə Çində ipəkçilik yarandı. Qonşu Hindistanda pambıqdan parça toxuyurdular. Asiya səhralarının və dağlarının köçəri xalqları yundan sap əyirməyi və parça toxumağı öyrəndilər.

 

Orta əsrlərdə Avropayla Asiya arasında geniş ticarət əlaqəsi zamanı ipəkçiliyin xüsusi rolu olmuşdur. Qədim İpək yolu Qafqazdan, o cümlədən Azərbaycandan keçirdi. Həmin dövrlərdən Azərbaycanın bəzi ərazilərində ipəkçilik-baramasaxlama və ipək parça istehsalı yüksək inkişaf etmişdi. 

 

XVIII əsrə qədər parçaları iyin və toxucu dəzgahının köməyi ilə toxuyurdular. Sonradan əyirici və toxucu dəzgahlar icad olundu. Bu dəzgahlar daha məhsuldar olduğu üçün tezliklə geyim nəinki daha gözəl, həm də daha ucuz oldu.

 

Bizim günlərdə parçaların çoxu dünyanın bir çox ölkələrindəki toxuculuq fabriklərində quraşdırılmış və tam avtomatlaşdırılmış kombinatlarda istehsal olunur. İndi əl ilə ancaq bəzi yun və ipək parça növləri toxunur. Toxuculuq fabriklərinə gəldikdə isə bir toxucu işçi 20 avtomatlaşdırılmış toxucu dəzgahına eyni zamanda asanlıqla nəzarət edə bilir.