YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tağıyev Hacı Zeynəlabdin

Azərbaycanda Kəbəni ziyarət edib hacı titulu qazanan adamlar yüzlərcə olub. Amma “Hacı” deyiləndə adətən bir nəfər nəzərdə tutulub- Hacı Zeynəlabdin Tağıyev. Keçən yüzillikdə Bakıda aşkar edilən zəngin neft ehtiyatları ilə dövlətlənənlərin çoxu yəhudilər və avropalılar idi. 

 

Cəmi bir neçə azərbaycanlı neft milyonçusu vardı. Əslində onların demək olar ki, hamısı xalqının halına yanan, onun mədəniyyəti üçün bacardığını əsirgəməyən, tikib-quran adamlar idi. Lakin heç biri Azərbaycan xalqı və mədəniyyəti üçün Hacı Zeynəlabdin qədər əmək və vəsait sərf etməmişdir.

 

Doğrudan da, heç bir təhsili olmayan, əmək fəaliyyətinə kərpic kəsməklə başlayan bu insanın elədiyi işlərə və əməllərə, onların nəticələrinə baxanda onun ağlına, düşüncəsinə və gələcəyi görmək qabiliyyətinə heyrət edirsən. 

 

Bu həmin Hacıdır ki, neçə maneəni dəf edib, min bir əzab-əziyət və xərclə Bakıda ilk qızlar məktəbi açıb.

 

Tağıyevin pulu ilə onlarca oğlan və qız xaricdə təhsil almağa gedirdi. Hacının sərmayəsi ilə Bakıda gözəl ictimai və fərdi binalar ucalıb. Onun hesabına milli teatr binası tikilir, tamaşalar hazırlanır, neçə-neçə qəzet və jurnal nəşr olunurdu.