YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Abreviatura

Abreviatura- söz və ya söz qrupunun qısaldılmış şəkildə yazılmış formasıdır. Adətən dünyanın bütün ölkələrinin qeyd olunduğu siyasi xəritələrdə yazılar müxtəsər yazılır. Bəzi sözlər və cümlələr vaxta və yerə qənaət etmək üçün qısaldılır. 

 

Sözü bütöv yazmaq əvəzinə onun bir və ya bir neçə hərfini yazırlar: məsələn, təqvimdə “çərşənbə” əvəzinə “Ç”,  ünvanda “küçə” əvəzinə “k”. Adətən belə ixtisarlardan sonra nöqtə qoyulur. Müəyyən bir dövlət, idarə və təhsil müəssisəsinin adını qısaldan zaman onu təşkil edən sözlərin ilk hərfləri yazılır: məsələn, Bakı Dövlət Universiteti əvəzinə bu sözlərin baş hərfləri- BDU yazılır. Belə abbreviaturlarda bütün hərflər böyük yazılmalıdır.