Dikinson Emili
Emili Dikinson(1830-1886) məşhur Amerika şairəsidir. O, XIX əsrin ən böyük şairlərindən biri hesab olunur. Onun şeirləri qeyri-adi, müxtəlif və çox gözəldir. O, mənanı sözlərlə ifadə etməyin nə qədər çətin olduğundan və həyatın nə qədər sürətlə və qəribə şəkildə keçib getdiyindən yazırdı.
Emili Dikinson tənhalığı xoşlayırdı. O, demək olar ki, heç kimlə ünsiyyətdə olmurdu və öz şeirlərini çap etməkdən imtina edirdi. Bütün həyatını ABŞ-ın Massaçusets ştatında, valideynlərinin evində keçirmişdir.
13.08.2018