YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zərbi-məsəllər

Zərbi-məsəllər və ya atalar sözləri- xalqın müdrikliyini özündə əks etdirən qısa kəlamlardır. Hətta Bibliyada “Solomonun zərbi-məsəllər kitabı” adlı xüsusi bir bölmə var. Atalar sözləri və zərbi-məsəllər hər yerdə mövcuddur və onların çoxu xalq arasında geniş yayılmışdır. Məsələn, “Göydəki durnadansa, əlimdə olan arıquşu yaxşıdır” ifadəsinə artıq təxminən 1470-ci ildə yazılmış ingilis əlyazmalarının birində rast gəlinmişdir. Eyni ifadələr digər xalqların dilində də var. Məsələn, ispanlarda (“Göydəki leyləkdənsə, əlimdəki sərçə yaxşıdır”) və ya almanlarda da (“Əlimdəki sərçə damdakı leyləkdən yaxşıdır”) bu ifadələr işlənir.

 

Azərbaycan şifahi xalq ədəbiyyatında da çoxlu zərbi-məsəllər və atalar sözləri vardır. Bunlar qədim zamanlardan yaranmış, dildən-dilə keçərək bu günümüzə gəlib çatmış və ədəbiyyatşünas alimlərimiz tərəfindən toplanaraq kitablar şəklində dərc edilmişdir.