YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Enerji

Enerji- iş görmək qabiliyyətidir. Enerjinin müxtəlif növləri var. Potensial və kinetik enerjilər əsas növlər hesab olunur. Potensial enerji- bu "hərəkətsiz" halda olan enerji ehtiyatıdır. Məsələn, bəndlə qabağı kəsilmiş su potensial enerjiyə malikdir. Kinetik enerji isə "hərəkətli" enerjidir. Bənddən keçərək borularla axan və turbinləri fırladaraq elektrik hasil edən su kinetik enerjiyə malik olur. 

 

İşıq, istilik, kimyəvi, səs və nüvə enerjiləri enerjinin digər növlərinə daxildir. Enerji bir formadan başqa bir formaya keçə bilər. Məsələn, avtomobilin mühərrikindəki benzində olan kimyəvi enerji onun hərəkət edən hissələrinin kinetik enerjisinə, fənərlərinin işıq enerjisinə, siqnalının səs enerjisinə və s. çevrilir. Çevrilmənin hər bir pilləsində enerjinin bir hissəsi istiliyə çevrilir və buna görə də avtomobilin mühərriki qızır. Amma enerji heç vaxt itmir və məhv olmur. 

 

Biz enerjinin çox hissəsini Günəşdən alırıq. Günəş enerjisini şüa enerjisi adlandırırlar.