YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Xəzər dənizi

Xəzər dənizi dünyada ən böyük qapalı göldür. Sahəsinin böyüklüyünə görə onu Dəniz adlandırırlar. Xəzər dənizi Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranla əhatələnir. Dəniz şimaldan cənuba 1200 km, ən geniş yerdə eni 550 km, sahəsi isə 371 min kv km-dir. Ən dərin yeri 1025 m-dir. Səthi dünya okeanı səviyyəsindən 28,3 m aşağıdır. Respublikamızla Xəzərin sərhədi 816 km məsafəni təşkil edir. Dənizə 130-a qədər çay tökülür. Kanallar nəzərə alınmazsa, dənizin okeana birbaşa çıxışı yoxdur. Xəzər dənizinin respublikamızın iqtisadi və siyasi həyatında çox böyük əhəmiyyəti vardır. Dünya ölkələri ilə iqtisadi ticarət əlaqələrinin qurulması, yük daşınması əsasən bu dəniz vasitəsilə həyata keçirilir. Bundan başqa Xəzərin Azərbaycan sahilləri neft və təbii qaz yataqları ilə zəngindir. Dənizin dərinliklərindən qəhrəman dənizçilərimiz neft-qaz çıxarırlar.

 

Xəzər dənizində həm də qiymətli balıqlar yaşayır. Xəzər nərəsi və onun kürüsü bütün dünyada məşhurdur. Ümumiyyətlə, Xəzər dənizi ətrafında yaşayan hər bir xalq və ölkə üçün olduqca əhəmiyyətli və sevimlidir.