YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Keltlər

Keltlər qədim zamanlarda Avropanın qərbində yaşayıblar. Təqribən 2000 il əvvəl onlar bütün Britaniyada və Fransada, qismən də İspaniya və Almaniyada yaşayırdılar. Bizim eradan 400 il əvvəl onlar hətta İtaliyaya soxularaq Romaya hücum etmişdilər. 

 

Keltlər hündür, güclü və döyüşkən idilər. Hər bir kelt tayfasında rəhbər, adlı-sanlı döyüşçülər, sadə azad adamlar və qullar olurdu. Çox vaxt tayfalar bir-biriləri ilə vuruşurdular. Keltlər mahir dəmirçi idilər: onlar çox vaxt öz silahlarını qeyri-adi heyvanların təsvirləri və gözəl naxışlarla bəzəyirdilər. Onların arasında, həm də istedadlı şairlər və musiqiçilər də var idi. Keltlərin öz dinləri var idi və onların keşişlərinə druidlər deyirdilər.

 

Roma imperiyasının qoşunları Avropanı işğal etməyə başlayanda, bir çox kelt tayfaları uzaqdakı vilayətlərə köçdülər. Romalıların işğal etdiyi ərazilərdə kelt həyat tərzi çox tez unuduldu. Kelt dili və adətləri Avropanın ancaq bəzi ucqar yerlərində qorunub saxlanmışdır. Bir neçə yüz il əvvəl  İrlandiyada, Uelsdə Kornuollada(İngiltərənin cənub-qərbində qraflıq), Şotlandiyada və Bretanda (Fransanın şimal-qərbində vilayət) kelt dilini eşitmək olardı. İndi kelt dilləri hələ də bəzi yerlərdə qorunub qalıb və az da olsa işlədilir. Valli, irland və qel dilləri kelt dilləri qrupuna aiddir.