YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Astronomiya

Ən qədim elmlərdən biri olan astronomiya kosmik obyektlərin öyrənilməsi ilə məşğuldur. Hələ qədimdə insanlar gecələr səmanı müşahidə etməklə Günəşin və Ayın hərəkətinə əsaslanaraq ili aylara, həftələrə və günlərə bölmüşdülər. 

 

Təqvimin icad olunması qədim astronomlara kometaların görünməsini, Günəş və Ay tutulmalarını qabaqcadan xəbər verməyə imkan verirdi. Bir çox əsrlər ərzində insanlar inanırdılar ki, kainatın mərkəzində Yer kürəsi durur. 

 

1540-cı ildə Nikolay Kopernik Yerin və digər planetlərin Günəşin ətrafında fırlanması haqqında ideya irəli sürdü və bunu Günəş sistemi adlandırdı. 1608-ci ildə Hans Lippersgey astronomiya üçün vacib bir alət olan teleskopu icad etdi. Müasir teleskoplarda kvazarlar və pulsarlar kimi uzaq kosmik obyektlərdən  gələn radiodalğaları tutmaq üçün nəhəng boşqabları xatırladan antenlərdən istifadə olunur.