YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Termometr və ya istilikölçən

Xəstələnməyin, xüsusilə soyuqlamağın əlamətlərindən biri insanın bədən hərarətinin, yəni istiliyinin yüksəlməsidir. Yəqin ki, eşitmisiniz, bəzən deyirlər, filankəsin qızdırması qalxıb. Bu o deməkdir ki, həmin adamın bədən hərarəti yüksəlib, yəni o xəstələnib. Ona görə də alimlər insanın bədən hərarətini ölçmək üçün xüsusi cihaz icad ediblər. Bu cihazın adı termometrdir.


Termometr şəffaf şüşədən olur. İşıqda diqqətlə baxdıqda bu şüşənin içində parlaq gümüşü rəngli maddə görmək olar. Bu maddənin adı civədir. Qızıl, gümüş, dəmir kimi, civə də metaldır. Lakin başqa metallardan fərqli olaraq civə maye halda olur. İstilik çoxalanda bu maye genişlənir. Civə termometrin aşağısındakı ensiz hissədə yerləşir. Bu hissəni bir qədər isti yerə qoysanız, görəcəksiniz ki, civə genişlənib yuxarı tərəfə qalxır. Ancaq çox isti yerə qoymaq olmaz, çünki civə o dəqiqə genişlənib termometri partlada bilər. Unutmayın ki, civə çox zəhərli maddədir. Onun təkcə iyindən insan zəhərlənə bilər. Ona görə də termometrlə ehtiyatla davranmaq lazımdır. Termometr şüşəsinin üzərində xətlər və rəqəmlər var. Buna “şkala” deyilir. Şkala istiliyin dərəcəsini göstərir. Məsələn, əgər civə istidən genişlənib “38” yazılan xəttə çatıbsa, deməli, insanın hərarəti 38 dərəcədir. Yüzlük onluqlara, onluq təkliklərə bölündüyü kimi, hərarət dərəcəsi də on yarımdərəcəyə bölünür. Ona görə də bəzən deyirlər, məsələn: “Onun hərarəti 37,4-dür”. Bu ifadədə otuz yeddi dərəcəni, dörd isə yarım dərəcəni göstərir. Sağlam insanın hərarəti 36,6 olur. Hərarət 37-yə çatıbsa, deməli, xəstəlik başlayıb. 39-40 dərəcə artıq xəstəliyin xeyli ağırlaşdığını göstərir.