YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Pinqvinlər

Pinqvinlər Cənub Qütbü, Yeni Zelandiya, Avstraliya, Cənubi Amerika, Cənubi Afrika və hətta Qalapaqos sahillərində yaşayırlar. Onlar qanadlarında uzun tüklər olmadığına görə uça bilmirlər, ancaq çox yaxşı üzürlər.


Daşlı adalarda məskən salır. Çılpaq qayaların üstündə yumurtlayır. Balaları yumurtadan çıxanda onlara yem verir, üzmək öyrədir.

 

Təxminən 17 növü bilinən pinqvinlərin ölçüləri 30 – 105 sm olur. Ən iri pinqvin hesab edilən İmperator pinqvinləri təxminən 45 kq ağırlığda olurlar. İsti bölgələrə doğru gedildikcə onların boyları kiçilir.

 

Pinqvinlərin bədənlərinin böyük bir hissəsi su keçirməyən tüklər vasitəsiylə soyuqdan qorunur. Dərilərinin altında olan qalın yağ təbəqəsi də istilik izolyasiyasına kömək edir. 


İnsanlar pinqvin yumurtasını yemək üçün yığırlar.


Pinqvinlər böyük dəstə ilə bir yerə yığışanda da hər pinqvin öz balasını tanıya bilir.

 

Ayaqlarında olan müəyyən arteriya damarları, pinqvinlərin ayaqlarındakı istiliyə uyğun olaraq qan dövranını nizamlayır. Arteriya damarları ayaqları donma səviyyəsindən bir neçə dərəcə yüksək istilikdə saxlamaq üçün lazım olan miqdarda qanla təmin edir. Elə bu tədbir sayəsində pinqvinlərin ayaqları donmur.