YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Alaq bitkiləri

Lazım olmayan yerdə bitmiş hər bir bitki alaq adlanır. Tarlalarda və bağ sahələrində alaqlar orada əkilmiş güllərə və taxıllara çatmalı olan suyun, mineral maddələrin və günəş işığının çox hissəsini onlardan götürürlər. Alaqların gur bitdiyi yerlərdə mədəni bitkilər ya məhv olur, ya da xəstə böyüyürlər. Onlar az çiçək və toxum verirlər, solğun yarpaqları və zəif kökləri olur. 

 

Alaqların inkişafının qarşısını almağın bir neçə yolu var. Bağ sahələrində torpağı kultivatorun köməyi ilə yumşaldırlar. Bu zaman alaqların kökləri zədələnir və bitki məhv olur. Bir çox alaq bitkilərini tarlada cərgəarası alaq etməklə torpaqdan çıxardırlar. Tarlalarda torpağı kotanın və dırmığın köməyi ilə yumşaldırlar. Şumlanmış torpağa alaqları məhv edən xüsusi kimyəvi preparatlar səpirlər. Belə preparatlar alaq bitkilərini məhv etdiyi halda, əkilmiş taxıl bitkilərinə heç bir ziyan vurmurlar. 

 

Alaqlar ən müxtəlif yerlərdə bitirlər. Qara sarmaşığa tarlada, zəncirotuna isə tarlalarda və çəmənliklərdə rast gəlmək olar. Bağayarpağının böyük yarpaqlarına isə cığırların və yolların kənarlarında, bənövşəyi sunərgizinə isə rütubətli alçaq yerlərdə rast gəlmək mümkündür. Bəzi alaq bitkiləri yeməlidir, onlardan qida kimi istifadə edirlər.