Bu maraqlıdır!

Böyük coğrafi kəşflər

Coğrafi kəşflər bizim planetdə insan cəmiyyətinin bütün tarixi boyu edilmişdir. Lakin Böyük Coğrafi kəşflər dövrü XV əsrin sonundan XVII əsrin ortalarına kimi olan tarixi dövrü adlandırmaq qəbul olunmuşdur. Heç bir başqa dövrdə bütün dünyanın taleyi üçün son dərəcə əhəmiyyətli olan bu qədər coğrafi kəşflər olmamışdır. Bir neçə nəsil dənizçi və tədqiqatçı səyyahların gücü sayəsində oykumenlərin (məlum torpaqların) sərhədi genişləndi: dünya yeni rənglərə boyandı, özünün müxtəlifliyilə göz qabağına gəldi. 


Böyük Coğrafi kəşflərə qədər, avropalıların təsəvvüründə dünya Avropa, Şimali Afrika və Asiyanın bir hissəsindən ibarət olub, qurunun dörddə bir hissəsini təşkil edirdi. İnsanlar naməluma deyil, məlum olana (heç olmasa əfsanələrdə) meyil edirdilər. Uzaq ölkələr daha çox narahat idi ki, Hindistan, Çin və Yaponiya Şərqin varlıq mərkəzi hesab olunurdu. Avropada Şərq parçalarını, ətiri və ədviyyatı çox yüksək qiymətləndirirdilər. Lakin pul kəsmək üçün zəruri olan qızıl və gümüş avropalılara daha çox lazım idi. Onlar daim bahalı malları mübadilə etmək üçün Şərqə axırdılar. Təsadüfi deyil ki, şəxsən Avropa hökmdarlarının saraylarında əlkimyaçılar məşğul olub, əbəs yerə, amma çox inadla qızıl hazırlamağın yolunu axtarırdılar. Təsadüfi deyil ki, Xristofor Kolumbun özü bütün dövrlərdə fırıldaqçıların devizi ola bilən kəlamı işlədir: “Qızıl - bu kamillikdir. Qızıl xəzinə yaradır və kim ki buna malik olur, o, nə istəyirsə, ona nail ola bilir və o hətta insan qəlbini cənnətə sala bilər”. 


Lakin bu nağıllar ölkəsinin yolu nəinki uzaq və çətin idi, həm də gəmilərin batmasına, dəniz quldurlarının hücumuna və digər təhlükələrlə nəticələnə bilərdi. Çoxsaylı rüsumlar Şərq mallarının qiymətini kəskin qaldırmışdı, buna görə onların bəziləri (məsələn, qara istiot) Avropada qızıl qiymətilə ölçülürdü. XV əsrdə quru ticarət yolları əzəmətli Osmanlı imperiyası tərəfindən kəsilmişdi. Əgər Hindistana və sehrli, əfsanəvi sərvətlərlə dolu olan Şərq ölkələrinə dəniz yolu tapmaq olsaydı!.. Hindistana dəniz yolunun axtarılması dövrün mühüm işi olub, ən mühüm kəşfin ilhamvericisi idi. 


Dənizçiləri cəsarətləndirmək və okeanı keçmək üçün düzgün yol açmağa və coğrafi xəritə tərtib etməyə imkan verən müxtəlif kompas, astrolyabiya (bucaqölçən) ixtira etmək lazım idi. Kitab çapı sayəsində kəşflər və ixtiralar haqqında olan məlumatlar sürətlə yayılırdı. Yeni kəşf olunmuş torpaqların sakinlərinin müqavimətini qırmaq üçün top və odlu silahlar lazım idi. Lakin bütün bunlardan başqa lazımi kursla və müxtəlif istiqamətli küləklərdə üzə bilən, kiçik komanda ilə və göyərtəsinə kifayət qədər qida və su götürə bilən möcüzəli gəmilər lazım idi. İnsanlar sürətli və yüngül gəmi - karavella yaratdılar. Coğrafi kəşflərdə orta əsrlərdə belə ölməyən Yerin kürəşəkilli olması ideyası çox böyük rol oynadı. Atlantik okeanından üzüb keçərək Hindistana dəniz yolunun mümkünlüyü fikri bununla bağlı idi. 


Böyük Coğrafi kəşflərin birinci mərhələsində bəzi səbəblər sayəsində İspa niya və Portuqaliya bu çətin məsələnin həllində digər ölkələrdən daha tez hazır oldular. Bir neçə on il ərzində Pireney ölkəsinin dənizçiləri Şərq ölkələrinə Afrika ətrafından və Amerikanın cənub-qərbindən dolanmaqla cənub şərq yolunu kəşf etdilər. Qərbə yol axtarışı zamanı onlar iki böyük materiki kəşf və tədqiq etdilər. 


Lakin XVI əsrin ortalarında Pireney nəhəngləri əldə olunmuş var-dövlət mənbələrilə kifayətlənərək, qazanılmış torpaqları saxlamaqla tədricən yeni ərazilərə üzməkdən imtina edirdilər. Onları əvvəlcə ingilislər, sonra isə hollandlar əvəz etdilər. Bu dövlətlər günəş altında yer tutmaq üçün kifayət qədər güclü idi, ispan və portuqaliyalıları vardövlətə aparan yoldan sıxışdırmağa cəhd edirdilər. Buna görə ingilislər və hollandlar Avropadan Şərq ölkələrinə getmək üçün yeni marşrutlar axtarmağa məcbur idilər: şimal-qərb - Şimali Amerika ətrafında və şimal-şərq - Şimali Asiya sahilləri ətrafında. Hər iki halda İngiltərə və Hollandiya dənizçiləri belə bir fərziyyəyə əsaslanırdılar ki, Asiya və Amerika boğaz vasitəsilə ayrılır və bu zaman Şimal Buzlu okeanından Sakit okeana keçmək olur.


Şimali Amerika sahillərinə yolu 1497-ci ildə genuyalı Con Kabot (Covanni Kaboto) açmışdır. İngiltərə gəmiləri Atlantik okeanını keçərək Nyufaundlend adası rayonunda materikə yetişmiş və onun şərq sahilləri boyunca cənub-qərbə doğru hərəkət etmişdilər. Lakin səyahət ziyanla başa çatdı (o zaman dənizçilər bu ölkənin xəz sərvətinə əhəmiyyət vermişdilər). Nəticədə ingilislər uzun müddət yeni kəşf olunmuş yerlərin tədqiqinə maraq göstərmədilər. 


XVI əsrin 20-ci illərində şimal qərb keçidinin axtarışına portuqaliyalı, ispan və fransız ekspedisiyaları cəhd etdilər. Onlar Şimali Amerikanın Atlantik okeanı sahilləri boyunca - Labrador yarımadasının şərq qurtaracağından Floridaya qədər min kilometrlərlə ərazini kəşf edib xəritəyə köçürdülər. 1534-1536-cı illərdə fransız Jak Kartye Müqəddəs Lavrenti körfəzini tədqiq etmiş və kəşf etdiyi Müqəddəs Lavrenti çayından Ottava çayının mənsəbinə qədər üzmüşdü. Astanalar yolu davam etdirməyə imkan vermirdi. Ancaq Kartye hindilərdən öyrənmişdi ki, cənub-qərbdə geniş su sahələri yerləşir. Beləliklə, avropalılar ilk dəfə Amerikanın Böyük gölləri haqqında eşitdilər “Kanada” sözü ilə Şimali Amerika hindiləri öz qəsəbələrini adlandırdılar. Sonralar Kanada Yeni Dünyanın şimal hissəsinin adma çevrildi. XVI əsrin sonunda - şimal-qərb keçidinin axtarışı təşəbbüsünü İngiltərə çox böyük inamla öz üzərinə götürdü. 1576-1578-ci illərdə Martin Frobişerin üç gəmisi Amerikanın şimal sularında Baffin Torpaqlarının kəşfinin başlanğıcını qoydu. Onun cənub-şərq qurtaracağındakı körfəzi Frobişer səhvən boğaz adlandırır. Bu körfəz indi də onun adını daşıyır. 


1607-ci ildə Şpitsbergendən bir az qərbə, 80°23' şimal enliyində rekord nöqtəyə çatan və 1610-1611 -ci illərdə Labrador yarımadasını şimal və qərbdən dolanan Henri Hudzon da bir neçə dəfə şimal sularında üzmüşdü. Hudzon qərara gəlir ki, bu Sakit okeana olan keçiddir: əslində o, sonralar Hudzon adlandırılan böyük bir körfəzə çıxmışdı.


XVII əsrin 10-30-cu illərində Robert Baylot və Uilyam Baffin, Lyuk Foks, Tomas Ceymsin rəhbərliyilə aparılmış ekspedisiya zamanı Baffin dənizi sahilləri, Hudzon körfəzinin qərb hissəsi və Foks hövzəsinin cənub hissəsi tədqiq olunmuş və xəritəyə köçürülmüşdür. Ancaq bundan sonra şimal-qərb keçidi uzun müddət yaddan çıxarıldı: ən yaxşı qütb dənizçiləri həmrəy olmuşdular ki, onu müəyyən etmək mümkün deyil. XVI əsrin ortalarında ingilislər, onların ardınca hollandlar şimal-şərq keçidini axtarmaq qərarına gəldilər. İngilis Riçard Çenslor 1553-1554-cü illərdə Rusiya ilə ticarət əlaqələri qurdu. Onun həmyerlisi Stiven Barrou rus pomorlarının (dəniz sahilində yaşayanlar) göstərişilə Vayqaç adasına çatdı. 1594- 1597-ci illərdə məşhur holland qütb dənizçisi Villem Barens bu məqsədlə üç dəfə səyahət etmişdir, ancaq Yeni Torpaqdan o tərəfə getmək ona nəsib olmamışdır. XVII əsrdə şimal-şərq, eləcə də şimal-qərb keçidinin axtarışı perspektivsiz hesab olunmuşdur.


Böyük Coğrafi kəşflərin əhəmiyyətini qiymətləndirmək çox çətindir. Bütün məskunlaşmış materiklərin sərhədi müəyyən olunmuş (Amerikanın şimal və şimal-qərb sahilləri və Avstraliyanın şərq sahillərindən başqa), böyük açıq dənizlər tədqiq edilmişdi. Doğrudur, o zaman Amerikanın, Afrikanın, Asiyanın, xüsusilə də Avstraliyanın daxili rayonları öyrənilməmişdi.


Böyük kəşflər digər elm sahələrinin - tarix, etnoqrafiya, botanika, zoologiyanın inkişafı üçün geniş material vermişdi. Böyük Coğrafi kəşflər sayəsində indi hər bir avropalının öyrəşdiyi kartof və tomat, qarğıdalı və tütün Avropaya gətirilmişdi. Böyük kəşflərin Avropada sosial proseslərə çox böyük təsiri olmuşdur. Ticarət yolları qarşısıalınmaz şəkildə Aralıq dənizindən geniş Atlantik okeanına qədər uzanırdı. Nəticədə bəzi dövlətlər tənəzzülə uğradı, bəziləri isə tarixin ön səhnəsinə qalxdılar. Kəşflər vahid dünya bazarının yaranmasına kömək etdi. 


Gələcəkdə müstəmləkələrin amansızcasına istismarı inkişaf etmiş ölkələrin iqtisadiyyatının yüksəlməsinə xidmət edəcəkdi. Böyük Coğrafi kəşflər müasirlərində heyrətamiz təəssürat yaratdı. Faktlar qədim nüfuzlu adamların təsəvvürlərini təkzib edirdi. Antik müdriklərə inam devrildi və avropalılar qarşısında yeni üfüqlər parladı. Dünyanı mənimsəyərək, avropalılar özlərini dərk etdilər.