Təbiət

Dünyanın ən böyük hörümçəyi

Goliath quşyeyəni (The Goliath birdeater - Theraphosa blondi) tarantulaların Theraphosidae fəsiləsinə aid bir hörümçəkdir.Ən böyük nümayəndəsi 1965-ci ildə Venesuelada tapılmışdı. 28 sm uzunluğu olmuş hörümçək Ginnesin Rekordlar Kitabına düşmüdü. 2001-ci ildə Laos meşələrində tapılan Nəhəng ovçu hörümçəyi, ayaq boyunun uzunluğuna görə quşyeyəndən 2 sm daha böyük olsa da, çəkisi və ölçüsünə görə kiçik idi.

 

Bu səbəbdən kütləsinə və ölçüsünə görə dünyanın ən böyük hörümçəyi  Goliath quşyeyəni hesab edilir. Ancaq quşyeyən, ayaq boyunun uzunluğuna görə  Nəhəng ovçu hörümçəyindən (giant huntsman spider- Heteropoda maxima) sonra ikincidir. Maria Sibylla Merian adlı təbiətşünas və illüstrator mis üzərində bu hörümçəyin kolibr quşunu yediyi obrazı oymuşdur. Ona görə də hörümçəyin adı quşyeyən olaraq adlanıb. Hörümçəyin adı quşyeyən olsa da nadir hallarda quşlarla qidalanır. Cənubi Amerikanın Surinam, Qayana, Fransa Qvianası, Braziliyanın cənubu və Venesuelanın şimal ərazilərində rast gəlinir. Torpaqda yaşayan bu hörümçək Amazonun yağışlı meşələri kimi bataqlıq və nəmlik ərazilərdə həyat keçirir. Gecə canlısıdır.

 

Goliath quşyeyəninin uzunluğu 11.9 sm, ayaq boyu 28 sm və 175 qm-dir. Digər hörümçək və tarantula növləri kimi çoxalma zamanı erkəkləri yemirlər. Dişilərin ömrü 15-25 il olduğu halda, erkəklər onlarla müqayisədə çox az yəni, cəmi 3-6 il yaşayır. 3-6 il sonra yetişkən olan dişilər 100-200 yumurta qoyur. Dərin oyuqlarda yaşayan quşyeyən ov tutmaq üçün tor qurmur. Bunun əvəzinə zəhərli dişlərindən istifadə edir. Digər tarantula növlərində olduğu kimi onlarında dişləri var. Dişlərin uzunluğu 1.9–3.8 sm-dir. Bu hörümçəklər düşmənindən qorunmaq üçün yaşadığı oyuğu zəhərindən daha təsirli tüklərlə doldurur. Həmçinin bu tükləri ata da bilir. Bu tüklər insan dərisini rahatlıqla deşə bilir. Bu tüklər insanlar üçün nadir hallarda təhlükəli olsa da, kərtənkələ, siçan kimi ovlarını dərhal öldürür. Tükləri atmaq üçün dördüncü cüt ayaqlarını qarınlarının altına sürtürlər. Tüklər insanlarda çox pis qaşınma hissi yaradır və günlərlə davam edir.