Təbiət

Amazon meşəsinin qəribə görünüşlü hörümçəyi

Elmi adı Metagryne bicolumnata olan, Canavar və ya Dovşanbaş-hörümçək kimi də tanınan bu canlı Ekvadorun Amazon meşələrinin əsl sakinidir. Canlının sanki iki qulağı, iki sarı gözü və burnu var. Əslində isə hörümçəyin gözləri başının üstündəki nəzərəçarpan, parlaq, sarı dairələr deyil, məhz burnunun yan hissəsində parıldayan qara çıxıntılardır. Qulaqlar isə heç bir funksional əhəmiyyət daşımır.

 

Bu canlı hörümçəkkimilər sinfinə aid olsa da, tamamilə başqa bir dəstəyə - Otbiçənlərə aiddir. İngilis dilində qəribə canlıya “bunny harvestman” yəni "dovşan otbiçən” deyilir.

 

Ölçüsü qorxunc görsənsə də, əslində insan barmağının boyunu keçmir.

 

Dovşanbaş hörümçək hələ 1963-cü ildə təsvir olunsa da, biologiyası haqqında demək olar ki, heç bir məlumat yoxdur. Qorxunc görünüşünə baxmayaraq insanlar üçün zərərsizdir, çünki zəhəri yoxdur. Bu, onların kiçik onurğasızlar üçün dəhşətli yırtıcı olmasına mane olmur, baxmayaraq ki, bəzi növlər, məsələn, adi otbiçən- bitki örtüyü və göbələk ilə qidalanır.

 

Bu növ ilk dəfə 1959-cu ildə Alman mütəxəssisi Karl Fredrix Rover tərəfindən təsvir edilib.