Nağıllar, hekayələr

Lev Tolstoy. Od necə yaranıb?

Şimşək bir yerə düşüb ağaca dəydi və onu yandırdı. Beləliklə - yanğın baş verdi.


Başqa bir yerdə, insanlar quru ot tayalarını bir yerə topladılar, isti və quru hava səbəbindən saman alovlandı – yenə yanğın baş verdi.


Üçüncü yerdə, külək zamanı meşədə ağaclar bir-birinə sürtüldü – alov əmələ gəldi. 


Dördüncü yerdə isə dəmir daşa dəydi – alovun ilk qığılcımı ətrafa sıçradı.

İnsanlar odu tanıyandan sonra, sönməməsi üçün onu yaxından izləməyə başladılar. Ocaq sönəndə isə, meşədəki ağacların etdiyi kimi etdilər: iki quru ağac götürüb, bir-birinə sürtüb alov əldə etdilər. Daha sonra insanlar ocaqda yandırmaq üçün ağacgöbələyi toplamağa başladılar, çaxmaq daşından istifadə etdilər. Odun parçası yaxşı yansın deyə onu günəşin altında qurutdular. Ətrafa işıq saçsın deyə şamda yağ və heyvan piyi yandırmağı öyrəndilər. Kükürd əldə etməyi və kükürdlü kibrit hazırlamağı öyrəndilər. Fosfor əldə etməyi və kibrit düzəltməyi öyrəndilər. Odun parçası yerinə ocaq yandırmaq üçün yerdən daş kömür çıxartdılar. Şüşə vasitəsilə günəşdən alov əldə etmək üçün xüsusi şüşələr düzəltdilər və, elektrik cərəyanı toplayıb onunla yandırmağı, qızdırmağı və hər tərəfə işıq saçmağı öyrəndilər. 

Hazırda, hər yerdə alov əldə etmək üçün və hər kəsin yandıracağı bir şey var; kimsə kibritdən, kimsə isə şüşədən alov əldə edir.


Bir gün insanlar günəşlə mübahisə edərək dedilər:


- İndi günəş olmadan da yaşaya bilərik: hər yerdə ocağımız, işığımız var, nəyi necə yandıracağımızı artıq bilirik. Günəşə ehtiyacımız yoxdur.


Günəş isə soruşdu:


- İlk alovu haradan aldınız?


- Səndən deyil, ildırımdan.


- Bəs ildırım hardan gəldi?


- Göydəki buludlardan.


- Bəs buludlar necə yarandı? - günəş soruşdu - Bulud yerdəki su idi, suyu qızdırdım, buxarla qaldırdım və buludlara yığdım.


İnsanlar dedilər:


- Bizə ildırım lazım deyil, ağacdan da od çıxarırıq, odun parçalarını bir-birinə sürtüb alov əldə edirik.


- Bəs ağacların böyüməsinə kim səbəb olur? - günəş soruşdu - Yandırdığınız ağaclar - toxum idi, don ilə örtülmüş torpağın altında qalmışdılar. İstiliyimi verdim, yeri isitdim, dondan xilas edib,  ağacları özümə tərəf çəkdim. Mənsiz ağac belə böyüməz!


İnsanlar dedilər:


- Çaxmaq daşından da od əldə edirik!
- Çaxmaq daşını mən qurutdum, - günəş dedi, - Əgər ağacgöbələyi və ağac olmasaydı çınqıl daşından od əldə edə bilməzdiniz. Onları mən böyüdürəm!  


- Samandan od alırıq. Quru ot tayasını bir yerə yığırıq, alovlanır, beləliklə də biz də alov əldə edirik.


- Otu kim böyüdür? Alovlanması üçün kim onu qızdırır?


- Söndürülməmiş əhəngə su tökərək od əldə edirik!


- Bəs suyu kim yaradıb? Buzlaqları əridib suyun yaranmasına Mən səbəb olmuşam!


- Elektrik qığılcımını buraxıb alov əldə edərik!


- Elektrik enerjiniz nədən olacaq, şüşədən? Şüşə odda hazırlanır və mənsiz alov ola bilməz! Dəmirdən və misdən elektrik istehsal edirsinizsə, o halda, üzərinə su tökmək lazımdır, mənsiz isə su ola bilməz! Yaxşı, - günəş dedi, - Alovu sizə buraxaram. - Mənsiz isinib, işıqlana biləcəksiniz?


- Odun qalayacağıq!


- Odunların olma səbəbi mənəm - günəş dedi - Yeni meşələr yetişdirməsəydim, hər şeyi çoxdan yandırıb qurtarardınız və yandıracaq bir şeyiniz olmazdı!


- O zaman kömür yandıracağıq!


- Kömürlərin də yaranma səbəbi mənəm! Torpaqdakı kömürlər - böyütdüyüm meşələrdir. Onlar da hazırki, mövcud meşələrlə eynidir, yalnız illər boyu torpaqla örtülmüşdür. Yaxşı, kömürü də götürün sizin olsun! – Bəs deyin görüm, necə işıqlanacaqsınız? Mənsiz işıqlanacaq heç bir şeyiniz yoxdur. Ağcaqayın yetişdirməsəm tilişkəniz, kətan, xardal, günəbaxan yetişdirməsəm yağınız olmayacaqdı!


- O zaman donuz piyi yandıracağıq!


- Piyi hardan əldə edəcəksiniz? Heyvandan? Bəz mal-qara nə ilə qidalanır? Çəmənlə, çörəklə. Hər şeyi mən böyüdürəm!


- Yeraltı neft, qaz var. Qazıb çıxarıb, kerosin əldə edib, yandırıb işıq əldə edəcəyik!


- Yaxşı, - günəş dedi, - Kömür yandırıb, neftlə işıq əldə edəcəksiniz. Bəs gücünüz olacaq? Gücünüzün olduğunu düşünürsüz! Buxar mühərrikiniz elektrik enerjisi ilə işləyir; suyun üstündə dəyirmanlarınız var; ot yeyən və sizə ağır yük daşımaqda köməklik edən atınız, öküzünüz var; özünüz də qazırsınız, doğrayırsınız, bütün günü işləyirsiniz. Bütün bu qüvvə hardan qaynaqlanır? Hər şey mənə görədir! Məndən başqa dünyada heç bir güc yoxdur. Nəyi isidirəmsə - o, gücdür!


Buxar mühərrikiniz işləyir, klapanlar hərəkət edir, təkərlər dönür və reyslər boyunca yeriyir. Onların işləməsinə nə səbəb olur? - İstilik. İsti su olmasa, güc də olmaz!