Uşaq yaradıcılığı

Rubrikamızın qonağı Yusif Şahhüseynlidir

Rubrikamızın qonağı Yusif Şahhüseynli 31 dekabr 2010-cu ildə Bakı şəhərində anadan olub. Nərimanov rayonu 258 nomrəli məktəbin 2-ci sinif şagirdi Yusif dərslərini məsuliyyətlə, maraqla oxuyur. Eyni zamanda onun  idmana böyük həvəsi var. Bir müddətdir parataekvondo ilə məşğuldur. 

 

Bir qədər çətin olmasına baxmayaraq həm özünün istəyi, həm yaxınlarının dəstəyi ilə Yusif günbəgün uğur qazanmağa davam edir.

 

Yusifin ən böyük arzularından biri olimpiya çempionu olmaqdır. 

 

Uşaq Bilik Portalı adından Yusifə "Uşaq yaradıcılığı" rubrikasının qonağı olduğu üçün  təşəkkür edir, ona uğurlar arzu edirik.