Təbiət

Lonqan meyvəsi

Dimocarpus longan yeməli meyvəsi olan tropikal ağacdır. Əsasən lonqan kimi tanınan meyvə sabunağacıkimilər fəsiləsindəndir. Bəziləri meyvənin mənşəyinin Myanma və Şimali Çin arasındakı sıra dağlardan gəldiyini söyləsə də, digərləri Hindistan, Şri Lanka, Şimali Tailand, Kamboca, Vyetnam və Yeni Qvineyanın şimal ərazilərinə məxsus olduğunu söyləyir.
 
 
Meyvə haqqında ilk məlumatlar Çinin Xan sülaləsi dövründə e.ə 200­-cü ildə qeydə alınıb. Belə ki, imperator liçi və lonqan ağaclarının Şanxaydakı saray bağçalarında əkilməsini əmr etmişdi. Lakin ağaclar bitmədi. Bundan 400 il sonra ağaclar Çinin Fucyen və Quandonq bölgələrində yetişməyə başladı. Sonradan meyvə 1800-cü ilin əvvəllərində Tailanda, ortalarında Avstraliyaya, 1900-cü ildə Havay və Floridaya gətirilmişdi.


 
İsti və qumlu torpaq ağacın daha yaxşı yetişməyinə və bu bölgələrdə lonqan istehsalına səbəb oldu. Çində uzun zaman müvəffəqiyyət qazanmasına baxmayaraq, dünya üçün yeni müasir bir meyvə sayılır. Son 250 il ərzində yalnız Çin kənarında tanınmışdır.
 


Meyvə ilk dəfə Avropaya 1790-cı ildə Cizvit (Yezuit) botanikçisi Joao de Loureiro tərəfindən tanıdılıb. Hal–hazırda, lonqan meyvəsi Tayvan, Tailand, Malayziya, İndoneziya, Kamboca, Laos, Vyetnam, Hindistan, Şri Lanka, Filippin, Avstraliya, ABŞ, Mavriki və Banqladeş yetişir. Lonqan sözü hərfi mənada “əjdaha gözü deməkdir”.


 
Meyvə soyulduqda həqiqətən gözün ağ hissəsinə, toxumu isə göz bəbəyinə oxşayır. Toxum kiçik, dəyirmi və ağdır. Ağac isti sevər olduğundan cavan ağacın budaqları -1 dərəcədə, yaşlı ağaclarda isə -3 dərəcədə yarpaqlar, -5 dərəcədə isə budaqlar zərər görür və hətta ağac quruyur. Əsasən ağacın hündürlüyü 9–12 m olsada, bəzən 30 m-ə çata bilir. Meyvələr 10–46 sm uzunluğunda olan salxımlardan sallanır. Parlaq-sarı rəngdə və şirin olur. Lonqan toxumunu qədim Vyetnamlılar ilan sancmaları zamanı istifadə edirdi. Zəhəri özünə çəksin deyə toxum əzilərək yaranın üzərinə qoyulurdu. Bu üsulun təsiri olmasa da, hələdə istifadə edilir.