Təbiət

Nasua

Nasua olduqca şirin, sakit heyvandır. Onlar çox səbirlidirlər, yenotlar qədər şıltaq deyillər. Bu heyvanlar ətraf mühitə mükəmməl uyğunlaşır və tropiklərdə, səhralarla sərhəddə yaşaya bilirlər.

 

Burunlarının formasına görə bu adı alıblar.  Başları ensiz, saçları qısa, qulaqları kiçikdir. Qulaqların içəri tərəfinin kənarında ağ bir halqa var. Nasuanın demək olar ki, həmişə dik vəziyyətdə olan çox uzun quyruğu var. Onun köməyi ilə heyvan hərəkət edərkən tarazlaşır. Quyruğu  açıq sarı, qəhvəyi və qara rənglərdən ibarətdir.


Dişi nasualar dəstəni təhlükədən xəbərdar etmək istədikdə hürən səslər çıxarır, balaları yanlarında saxlamaq üçün sızıltı səslərindən istifadə edirlər.

 
Nasualar vaxtının çox hissəsini yemək axtarmağa sərf edirlər. Bunlar hər şeyi yeyən heyvanlardır. Meyvələr, həşərat sürfələri, yumurtalar, əqrəblər, hörümçəklər, termitlər, qarışqalar və s. onların qidasına daxildir. Bəzən kərtənkələləri, gəmiriciləri yeməkdən çəkinmirlər.

 

Nasua həm qrup halında, həm də tək yaşayır.