Xəbərlər

K. Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin hesabat konserti keçirilib

Bakı, 9 iyun, AZƏRTAC

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında K. Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin hesabat konserti keçirilib.

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Yaşar Əliyev və sektor müdiri Lalə Kərimova, Bakı şəhər musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

 

Konsertdə musiqi məktəbinin şagirdlərinin ifasında  “Şur rəngi”, T.Quliyev “Bakı haqqında mahnı”, Niyazi “Arzu”, K.Qlyuk “Orfey operasından Ariya”, D.Şostakoviç “Vals şutka”, M.Parcxaladze “Qəmgin nəğmə”, M.Şmits “Caz notları”, F.Şopen “Ballada” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.