Nağıllar, hekayələr

O. Karançeva, E. Nilova. Qızıl Qayda

Bu hadisə çoxdan baş verib, o zaman hələ kiçik bir qız idim və hər yay anamla birlikdə bağ evində istirahət edirdim.


Evimizin yaxınlığında qumlu çimərliyi olan gözəl bir göl vardı. Əlverişli hava olanda, ən yaxın evlərdə yaşayan uşaqlar həmişə bu çimərliyə gəlirdi. Burda qum qüllələri tikir, hovuzlar qazıb onu göldən su ilə doldurub, sonra badminton və top oynayardıq.


O gün də günəşli idi. Anamla mən çimərliyə gedərkən ehtiyacımız olan hər şeyi özümüzlə götürdük, mənim üçün isə yenicə alınmış oyuncaq dəstini götürdük: çömçə, vedrə və oynamaq üçün top.


Çimərliyə çatanda artıq uşaqlar orda idilər. Kimisi hovuzlu bir qüllə tikir, kimisi hovuzu doldurmaq üçün vedrələrlə su daşıyırdı.


Anam palazı qumun üstünə sərib günəş vannası qəbul etmək üçün uzandı. Mən isə suyun kənarında oynayan uşaqlara fikir vermirdim, gözəl çimərlik oyuncaq dəstimi anamın yanına düzdüm və qum qalaları tikməyə başladım.


Bir müddət keçdi və qonşunun oğlu Vova yanıma yaxınlaşıb dedi:


- Marina, su daşımaq üçün bizə vedrəni ver!


Yeni vedrəmi onlara verməyə əlim gəlmədi və belə cavab verdim:


- Özümün də buna ehtiyacım var, ona görə verə bilmərəm!


Əlacsızca əlini yelləyən Vova hovuzu qazmaq üçün qaçdı və mən qum qalalarımı tikməyə davam etdim.


Bir müddət keçdi və Polina yanıma gəldi. Polina evimizdən bir az aralı eyvanlı böyük bir evdə yaşayırdı.


Əvvəlcə səssizcə qalalarıma baxdı, sonra topumu əlinə aldı. Ancaq topumu ondan tez aldım, qəzəbli Polina uşaqların yanına qayıtdı.


Bu belə davam etdi: anamın yanında qum qalaları tikdim, uşaqlar isə suyun yanında hovuz qazdılar.


Çimərlikdə isti oldu və anamla evə getmək qərarına gəldik. Anam əşyalarımızı bir torbaya yığıb dedi:


- Marina, sabah sənin ad günündür. Dadlı tortlar, şirniyyatlar bişirəcəm. Uşaqları ad günunə dəvət et: Polyanı, İranı, Vovanı kimi istəyirsən!?


Ad günümə dəvət etmək üçün uşaqların yanına gəldim. Onlar həvəslə bir-birləriylə söhbət edir, ətrafdakı heç nəyə fikir vermədən qumdan bir şey düzəldirdilər.


- Sabah mənim ad günümdur! - ucadan dedim. - Anam və mən hamınızı dəvət edirik!


Polya, Vova və İra başlarını qaldırdılar, mənə baxdılar, amma heç nə demədilər; öz işləri ilə məşğul idilər. Sonra geri döndüm və anama yetişmək üçün sürətlə qaçdım.


Ertəsi gün səhər anam eyvanda süfrə açdı. Masanın ortasında gül qabı qoyulmuşdu, qabların üzərinə isə tortlar, şirniyyat və meyvələr düzülmüşdü. Anamla birlikdə geniş bir masada oturub çay içdik və şəhərdən Vera nənəni gətirməli olan atamı gözlədik.


Nənəm Veranı çox sevirəm. O, riyaziyyat müəlliməsi olub, onun həyatında hər şey qaydalara və qanunlara tabedir. Nənəm həmişə mənə bu və ya digər vəziyyətdə həmişə kömək edəcək həyatın müdrik qaydalarını vaxtında və asanlıqla başa salır. Bu zaman da bu cür oldu.


Evə bir maşın gəldiyini eşitdik. Vera nənə, açıq mavi paltarda gülümsəyərək əlində bir hədiyyə içəri girdi. Anamla məni öpdü və masada oturub təəccüblə soruşdu:


- Marinka, niyə dostlarından heç kim yoxdur? Dostların hardadır? Kiminlə dostluq edirsən?


- Dünən Polina, Vova və İranı dəvət etdim, - yavaş dedim, - amma onlar gəlmədilər.


Bu zaman anam çay tökürdü, nənəm isə əlindəki çayını masaya qoydu, düşüncəli bir şəkildə incə bir səslə dedi:


- Marinoçka, yəqin dostlarınla pis rəftar edibsən, yoxsa səhv bir şey etdin? Həyatın Qızıl qaydasını xatırlayırsanmı?: "Başqa bir adamla elə rəftar et ki, o da səninlə istədiyin istədiyin kimi rəftar etsin" onu xatırlayırsan?


Ancaq bu qaydanı unutduğumu cavab verməyə vaxtım yox idi, çünki elə həmin anda divarın arxasında kiminsə ayaq səslərini eşitdim. Bu, valideynlərin köhnə dostları, Valya xala və Volodya dayı idi.

Onlar eyvana daxil oldular.  Mənim ad günümü təbrik etməyə gəlmişdilər. Hər kəsin diqqəti dərhal onlara, hədiyyələrinə və onların Hindistan səfəri ilə bağlı hekayələrinə yönəldi.


Ertəsi gün yuxudan oyandığımda aydın və günəşli bir səhər idi. Nənəm Vera ilə gölə getməyə qərar verdik. Nənəm mənə dedi ki, uşaqlarla oynamaq üçün göldə faydalı və maraqlı ola biləcək hər şeyi topla. Bir top, bir çömçə ilə bir vedrə, başqa bir ehtiyat çömçə və üzmək üçün bir halqa götürdüm.


Bağ qapısından çıxan kimi dərhal Vovka ilə qarşılaşdım. Çimərlik geyimimi görən Vovka, gözlənilmədən mənim üçün yüksək səslə məni görsədərək uca səslə oxumağa başladı:


Buna baxın! Xəsis qız gəzməyə çıxıb.


Sevimli nənəmin yanında belə təhqiramiz bir sataşma eşidəndə az qaldı ağlayam.


- Sən də, Vovka, sən ... - fısıldadım və birdən boğazımda elə bir inciklik və spazm hiss etdim ki, daha danışa bilmədim ...


Ancaq o anda nənəm mənə təsəlli verməyə başladı və mən onun müəllimə səsini eşitdim:


- Volodya, qızıl qaydanı bilirsən: "Öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır"?


Yalnız bundan sonra Vovka nənəmi gördü və yerində donub qaldı. Nənəm isə davam etdi:


- Vova, anandan icazə al və gölə gəl. Hamımız birlikdə qala tikəcəyik, kürək və vedrə götürdük. Sən də gəl!


Gölə gedən yolda getdiyimiz zaman nənəm əlimi tutdu və yol boyu söhbət elədik. Mənə qızıl qaydanı xatırlatdı və dedi ki, insanlar həyatda bu qaydanı yerinə yetirmək üçün demək olar ki, hər gün imtahan verirlər.


"Bu gün sən də imtahana girəcəksən" mənə dedi, "və günün sonunda özün özünü qiymətləndirəcəksən".


Hələ çimərlikdə heç kim yox idi, gölə gəldik, yerə palaz sərdik, vedrə ilə çömçəni palazın üstünə qoyub çimməyə getdik. Daha sonra uşaqlar bir-bir gəlməyə başladılar. Əvvəlcə Polina və İrina gəldilər. Günün sonunda çox uşaq var idi və çox əyləncəli idi. Nənə bütün uşaqlar üçün yeraltı keçidi olan bir qala tikdirdi, hətta bizə qədim cəngavər qalaları və onların asma körpüləri haqqında danışdı.


Mənim çömçələrim və vedrəm qumun üstündə elə vəziyyətdə qoyulmuşdu ki, bütün uşaqlar götürə bilsinlər. Polina gələndə dərhal vedrəmi götürdü. Biraz narahat oldum, amma içimdəki "xəsisliyə" qalib gəldim.


Axşam evdə, anam və atamla eyvanda oturub çay içdiyimiz zaman, nənəm mənə yaxınlaşıb mənim  özümə hansı qiyməti vermək istədiyimi soruşdu. Mən də cavab verdim ki, iki dəfə oyuncaqlarımı paylaşmaq istəmədim, amma özümdəki "xəsisliyə" qalib gəldim. Buna görə bu gün özümə “dörd” verirəm.


O vaxtdan bəri həyatım bu cür davam etdi. Hər gün yatarkən özümü Qızıl Qaydanı yerinə yetirdiyim üçün zehni olaraq qiymətləndirirəm və bilirsiniz ki, bu, dostlarla münasibətlərimdə mənə çox köməklik edir.