Təbiət

Annona və ya Şəkər Alması

Annona və ya Şəkər Alması 6 metr hündürlüyə qədər böyüyən tropik ağac növünün meyvəsidir. Bu meyvənin vətəni Tropik Amerika olsa da, onu Hindistan, Pakistan, Filippin və Taylandda da əkirlər. Şəkər alması şam qozuna oxşayır, diametri 10 sm-ə qədər olur. Daxili hissəsi ağ rəng və yüngül dada malikdir. Tumu azdır.


Annona meyvəsi tez xarab olan meyvə olsa da toxumu uzunömürlüdür - 4 ilədək saxlanıla bilər. İkinci ayda əkilən toxum cücərmək qabiliyyətinə malikdir. 
Şəkər alması meyvəsinin məhsuldarlığını artırmaq üçün vegetativ üsuldan istifadə edilir. Ağac 2-4 ildən bir bar verir. Beş illik bitki avqustun sonunda - sentyabrın əvvəlində 50 meyvəyə qədər bar verir. Yetkin şəkər alması nadir hallarda 100-dən çox meyvə yetişdirir.


Annona meyvəsi dünyada faydası ilə tanınır. Bu meyvə məhz qaraciyər funksiyasının yaxşılaşdırılmasında, mədə turşusunun normallaşmasında, şəkərli diabetin müalicəsində, sidik turşusunun atılmasında faydalıdır.


Tərkibində daha çox vitamin-mineral var. Onun tərkibi B-2, B-5, B-6, B-9, C, PP vitaminləri ilə zəngindir.  Həm də mis, manqan, fosfor, dəmir, sodyum, maqnezium, kalsium və kalium daxildir. Güman edilir ki, şəkərli alma ekstraktı 12 növ xərçəngin bədxassəli hüceyrəsini məhv edir. Annona anti-xərçəng təsirinə malik olduğuna görə, yerli əczaçılıq bazarında müxtəlif məhsulları bahalı qiymətə satışa çıxarılır.


Təəssüf ki, şəkər alması meyvəsi tez xarab olan məhsuldur. Buna görə, Annonanı satın aldıqda bir neçə gün ərzində yemək lazımdır. Şəkər almasını soyuducuda saxlamaq lazım deyil - aşağı temperaturda meyvələr daha da sürətlə xarab olur.


Şəkər alması yeyəndə diqqətli olmaq lazımdır, çünki bu dadlı meyvənin toxumu zəhərlidir. Həkimlərin tövsiyəsi olmadan meyvənin qabığını və yarpaqlarını istifadə etməməlisiniz. Onların tərkibində təhlükəli alkaloid anonain maddəsi var.


Tayland mətbəxində şəkərli alma meyvəsi şirin desertlərin və sərinləşdirici içkilərin hazırlanmasında istifadə olunur. Misal üçün, şəkər almasının lətini soyudulmuş südlə qarışdırmaqla dadlı kokteyl əldə etmək olar. Taylandlılar şirin dadına görə bu meyvəni sevir. Yetişmiş annonanın ləti şirindir və kərə yağı kremini xatırladır. Şəkər almasının yeganə mənfi xüsusiyyəti odur ki, təhlükəli toxumu olur.