Şeirlər

R. Yusifoğlu. Su

Möcüzələr yaradır
Həyatda hər damla su.
Çiçək olub açılır
Yağışın hər damlası.

 


Bir həyat çeşməsidir
Çaylar, göllər, bulaqlar.
Su olmasa neyləyər
Balinalar, balıqlar?
Su olmasa quruyar
Kollar, güllər, ağaclar.
Gün altında qovrular
Çiçəklənən yamaclar.

 


Susuz qəribsəyərdi
Meşələr, dağlar, düzlər.

Dünyamıza bəzəkdir,

Okeanlar, dənizlər...