Bu maraqlıdır!

Dünyanın ən hündür yelləncəyi

Dünyanın ən hündür yelləncəyi Rusiyanın Soçi şəhərindədir. 


Soci Macəra parkında yaradılan atraksiona axın edən sakinlər 170 metr hündürlükdə yellənmək fürsətini əldə edirlər. Yelləncək daşlı-qayalı relyefdə yaradılıb. Bununla belə, yelləncəyin başqa obyektlərlə toqquşma ehtimalı demək olar ki, yoxdur. Yelləncəyin kəndirləri də kifayət qədər etibarlıdır. Bu yelləncək 230 kiloqram ağırlıq qaldıra bilir. Bu atraksionda bir biletin qiyməti 150 dollardır. 


Qeyd edək ki, bundan əvvəl dünyanın ən hündür yelləncəyi Yeni Zelandiyadakı Nevis kanyonunda quraşdırılmışdı. Amma Soçidəki yelləncək 10 metrlik fərqlə "Ginnesin rekordlar kitabı"nda yeni səhifə açıb.