Afişa

Yeni ildə bir-birindən maraqlı ustad dərsləri

Dekabrın 22-də "Sevimli bala elm mərkəzi"nin təşkilatçılığı ilə yeni ilin gəlişinə həsr olunmuş bir-birindən maraqlı ustad dərsləri keçiriləcək. 

 

Ustad dərslərində hər bir uşaq özünə maraqlı və gözəl çələng, yeni il corabı, həmçinin yeni il ağacı üçün oyuncaqlar düzəldə biləcəklər. 

 

Dörd yaş və daha yüksək yaşlı uşaqlar üçün nəzərdə tutulan ustad dərsləri saat 12:00, 13:30 və 14:30-da keçiriləcək.

 

Əlaqə nömrələri: (+99412) 492 21 32 , (+99451) 444 43 83