Təbiət

Dinamit ağac: Partlayan Xura

Amerikanın tropik meşələrində meyvələri dinamit kimi “partlayan ağac yetişir. “Partlayan Xura” başqa adı ilə “Dinamit Ağac” adlanan bu ağacın gövdəsi bir çox iri tikan ilə əhatə olunub. Çox təhlükəli bir görünüşə malik olan həmişəyaşıl ağac növü Partlayan Xuranın hündürlüyü 60 metrdir. 


Ağacın gövdəsində bitən iri tikanları isə heyvanlara qarşı təbii müdafiə mexanizmidir. Meyvələri böyüdükcə böyük bir kapsula bənzəyir  və  tam yetişdikdə isə onlar partlayaraq öz toxumlarını 100 metrə qədər uzağa atır. Belə atışın sürəti 70 metr/saniyə-yə qədər çata bilər. Partlayışın səsi isə əsl dinamit partlayışının səsini xatırlatdığına görə çox zaman bu ağaca “dinamit ağacı” deyirlər. 


Bu gün bu ağaca vəhşi təbiətdən başqa bağlarda da rast gəlmək mümkündür. Maraqlıdır ki, burada yaşayan hindu tayfaları öz oxlarının uclarını həmin xuranın zəhərli maddəsi ilə sürtürlər.


Bu ağacın şirəsi zəhərlidir. Balıqçılar məhz balıqları zəhərləmək üçün ağacın şirəsindən istifadə edirlər.