Xəbərlər

Basketbol üzrə Bakı zona yarışına start verilib

Dekabrın 18-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində  məktəblilər arasında basketbol üzrə Bakı şəhər zona yarışı start götürüb. 


2001-2003-cü il təvəllüdlü oğlanlar arasında keçirilən Bakı şəhər zona mərhələsində paytaxtın 12 rayonunun, həmçinin Şuşa və Zəngilan rayonlarının qalib komandaları iştirak edirlər. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin  təşkilatçılığı ilə keçirilən yarışın yekun nəticəsinə görə birinci və ikinci yerləri tutmuş komandalar respublika final mərhələsinə vəsiqə qazanacaqlar. Turnirin yarımfinal və final qarşılaşmaları bu gün baş tutacaq. 


Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi  məktəblər arasında respublika çempionatının əsasnaməsinə müvafiq olaraq keçirilir.