Xəbərlər

Azərbaycan “Zolotoy klyuçik” adlı Xəzəryanı ölkələrin XXV yubiley festivalında iştirak edib

Rusiyanın Həştərxan şəhərində gənc maestroların “Zolotoy klyuçik” adlı Xəzəryanı ölkələrin XXV yubiley festivalının qala-konserti keçirilib. Konsertdə ölkəmizi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzinin “Məkan” rəqs ansamblı təmsil edib.

 

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, rəqs ansamblı laureat adını qazanıb və diplomla təltif edilib.

 

Qeyd edək ki, konsertdə Rusiya Federasiyası, Azərbaycan və Qazaxıstandan olan iştirakçılar çıxış ediblər.