Uşaq yaradıcılığı

Qonağımız Tamerlan Nuriyev

Qonağımız Tamerlan Nuriyev 21 sentyabr 2013-cü ildə anadan olub. O, Nyu Yorkda, Bruklin bölgəsində yaşayır elə məktəbə də orada gedir.

 

Xaricdə yaşamasına baxmayaraq Azərbaycana böyük sevgisi olan Tamerlan Azərbaycan dilində mükəmməl danışa, şeir, mahnı söyləyə bilir. 

 

O, dərslərinə məsuliyyətlə yanaşır və əla nəticələr göstərir. Azərbaycana tez-tez gəlmək üçün balaca Tamerlanın ən böyük arzusu pilot olmaqdır. Onun rəsmə də böyük marağı var. O, bizi çəkdiyi rəsmlərlə tanış etdi. Biz də həmin rəsmləri sizə təqdim edir, Tamerlana qonağımız olduğu üçün təşəkkür edir və ona uğurlar arzulayırıq.