Afişa

Məşhur L.O.L kuklaları Rus Dram Teatrının səhnəsində yeni tamaşa ilə çıxış edəcək

Martın 10-u və 17-də Bakıda Rus Dram Teatrının səhnəsində uşaqlar tərəfindən çox sevilən L.O.L kuklaları rəngarəng, maraqlı tamaşa ilə çıxış edəcəklər.

 

Ədalət, dürüstlük və cəsarəti təbliğ edən tamaşada L.O.L kuklaları uşaqlara bizi əhatə edən mühitə sevgi və diqqətlə yanaşmağın vacibliyini vurğulayacaq. Bundan əlavə, tamaşaçıları xoş sürprizlər də gözləyir.

 

Tamaşa saat 12:00 və 15:00-da başlayacaq. Biletləri teatrın kassasından, şəhərin mərkəzi kassalarından və iTİcket.az saytından əldə edə bilərsiniz.