Xəbərlər

“Səma” rəqs ansamblı hesabat konserti ilə çıxış edib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblı R.Behbudov adına Mahnı Teatrında hesabat konserti ilə çıxış edib.

 

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, ansamblın ifasında Azərbaycan və dünya xalqlarının rəqsləri nümayiş olunub. Həmçinin gənc müğənnilərin çıxışları tamaşaçılarda xoş təəssürat yaradıb.

 

Sonda “Səma” rəqs ansamblının üzvlərinə fəxri fərmanlar təqdim olunub.