Xəbərlər

Məktəblilər üçün bayram şənliyi təşkil olunub

Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaçaşılar Teatrında məktəblilər üçün 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bayram şənliyinin ilk günündə valideyn himayəsindən məhrum olmuş uşaqlar iştirak ediblər.

 

Şənlikdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorlarının və mərkəzin “Məktəb teatrı” dərnək üzvlərinin birgə hazırladıqları “Bremen musiqiçiləri” tamaşası və rəqslər nümayiş olunub.

 

Sonda məktəblilərə Təhsil Nazirliyi və Bakı Kitab Mərkəzi tərəfindən bayram hədiyyələri verilib.