Tapmacalar

Qış haqqında tapmacalar

Qəndə oxşar dadı yox,
Göydə gəzər qanadı yox.
(Qar)

 

Ağac başında ağca yumaq. 
(Qar)

 

Bayırda sağdı,
Pambıqdan ağdı,
Evə gələr,
Suya dönər.
(Qar)

 

Bir ağ daşım var, odda yanmaz,
Suda batmaz, gün çıxanda əriyər.
(Buz)


Dağdan gəlir dağ kimi,
Qolları budaq kimi,
Oturur həsir kimi,
Duranda yesir kimi.
(Qar)


Dam üstə daylaq oynar, 
Yerə dəyib oyular.
(Dolu)

 

Əlamət, ay əlamət,
İşi tamam qiyamət,
Əli yox, şəkil çəkir,
Dişi yoxdu, dişləyir.
(Şaxta)


Əmim oğlu ustadı 
Əli kəmər üstədi.
Suda körpü salıbdı,
Gəl gör necə ustadı.
(Buz)

Göydən yerə buz yağır, 
Görün necə düz yağır.
Darı boyda, qoz boyda, 
Görmədim qarpız boyda.
(Dolu)


Həyətdə dağ,
Pambıqdan ağ,
Evə gələr,
Suya dönər.
(Buz, qar)


Qəndə bənzər dadı yox,
Göydə gəzər, qanadı yox.
(Qar)