Xəbərlər

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi bayram şənliyinə 600-dən çox uşaq qatılıb

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində Rəşid Behbudov adına Mahnı Teatrında aztəminatlı ailələrin azyaşlı övladları, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ənənəvi Yeni il şənliyi təşkil edib.

 

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə uşaqlar üçün rəqslər, rəngarəng çıxışlar, digər sürprizlər təşkil olunub. Geniş konsert proqramı ilə davam edən şənliyin sonunda uşaqlara “Peppa və onun dostları” tamaşası göstərilib və bayram hədiyyəsi paylanılıb.

 

Dörd gün davam edən bayram şənliyində 600-dən çox uşaq və məktəbli iştirak edib.