Təbiət

Uça bilməyən quş-Kivi

Kivilər, qanadsızlar (lat. Apterygiformes) — tilsiz quşlar dəstəsinə aid quş növüdür. Kivi ən yüksək qoxu duyumuna malik olan bir quşdur. Uça bilmir, çox kiçik 5 sm-lik qanadları var. Qanadları zəif inkişaf etdiyindən quşun bədənində demək olar ki, görünmür.


Kivi quşları quyruqsuzdur, ayaqları güclü, caynaqları isə itidir. Yumşaq lələkləri bədənini eyni dərəcədə örtür. Dimdiyi uzundur. Burun dəlikləri dimdiyinin ucundadır. Kivi həmçininin yeganə quşdur ki, dili yoxdur. Gözləri xırdadır. Kivilərin kütləsi 1,4—4 kq-a qədərdir. 


Yeni Zelandiyanın milli simvoludur. 


Kivilər əsasən gecə quşlarıdır. Yaxşı eşidir və qoxu bilir. Rütubətli həmişəyaşıl meşələrdə çox gizli halda yaşayırlar. Yuvasına və ya ağac kökləri altına 1—2 yumurta qoyur. Bir həftəlik balalar sərbəst yemlənir. Cücülər, qurd, giləmeyvə ilə qidalanır. Kivi quşu təxminən 50-60 il yaşayır. 


Yeni Zelandiyaya gətirilmiş itlər, pişiklər və s. heyvanlar kiviləri tələf etdiyi üçün sayları xeyli miqdarda azalıb. 1991-ci ildən etibarən quşlar mühafizə olunur və adları Qırmızı Kitaba salınıb.