Xəbərlər

Çində şagirdləri izləyən "ağıllı" məktəbli forması hazırlanıb

Çində şagirdləri izləyən "ağıllı" məktəbli forması hazırlanıb.


Təhlükəsizliyin artırılması məqsədilə tətbiq edilmiş bu məktəbli forması dərsdə yatanları izləməyə imkan verir.

Məktəblilər üçün "ağıllı" forma çiyin hissəsində iki çiplə təchiz edilib. Bu çiplər vasitəsilə şagirdlərin məktəbə giriş və çıxışını izləmək mümkündür. Eyni zamanda, məktəbdə girişdə sifətin tanınması texnologiyası quraşdırılıb. Bu o deməkdir ki, kənar şəxs başqa forma ilə təhsil müəssisəsinin ərazisinə daxil ola bilməz.


Məlumata görə, məktəbli forması 500 dəfə 150 selsi dərəcəyədək temperaturda yuyula bilər.
Qeyd edək ki, "Ağıllı" məktəbli forması artıq Çinin Quyçjou əyalətinin 10 məktəbində istifadə olunur.