Afişa

Pantomima Teatrı bu dəfə də ənənəyə sadiqdir

Azərbaycan Dövlət Pantomima Teatrı bu ay maraqlı səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gələcək.

 

Teatrdan AZƏRTAC-a bildirilib ki, yanvarın 12-də “6+1 nömrəli palata”, yanvarın 13-də uşaqlar üçün “Fəlakət və İnsan”, “Dejavü” tamaşaları təqdim olunacaq. Eyni zamanda, sənət ocağının səhnəsində yanvarın 19-da “İt gəzdirən xanım”, yanvarın 26-27-da isə “Adagio” tamaşaları izləniləcək.

 

Tamaşalar bir qayda olaraq saat 18.00-da təqdim ediləcək.