Afişa

“Balaca Yarat”la ustad dərsləri

Yanvarın 12-də “Balaca Yarat” uşaqlar üçün ustad dərsi təşkil edəcək. Görüş Gürcüstan rəssamı Vaciko Çaçxianinin sərgisinə həsr olunacaq. Uşaqlar “İmmersiv aləm” mövzusunda kompozisiyalar yaratmağa çalışacaq. Saat 11:00-da 4-7 yaşlı uşaqlar üçün, 14:00-da isə 8-13 yaşlı uşaqlar üçün ustad dərsləri keçiriləcək. 

 

Yanvarın 13-də isə uşaqlar barmaqlarla çəkilən təsvir texnikası əsasında kompozisiyalar quracaq.  Dərslər 4-13 yaşlı uşaqlar üçün saat 11:30 və 13:30-da keçiriləcək. 

 

Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır.