Bu maraqlıdır!

Ulduzlar aləmi

Ulduzlar həmişə insanları gözəlliyi, parlaqlığı və əlçatmazlığı ilə cəlb ediblər. 

Yerə ən yaxın olan ulduz Günəşdir. O, Yerdən 150 milyon km uzaqlıqda yerləşir və sarı cırtdan hesab olunur. O, 4,5 milyard ildir ki, hidrogeni heliuma çevirir və çox güman ki, hələ 7 milyard il də bunu etməyə davam edəcək. Günəş genişlənəndə Merkuri, Veneranı və böyük ehtimalla, Yeri udacaq.

 

Ulduzların əksəriyyəti qırmızı cırtdanlardır. Onların kütləsi Günəşin kütləsinin 50%-nə, bəzən isə hətta 7,5%-nə bərabərdir. Bu kütlədən aşağı qravitasiya təzyiqi qaz mərkəzdə sıxa bilməz və nüvə sintezi baş verməz. Qırmızı cırtdanlar Günəş enerjisinin 1/10000 hissəsini xaric edir və on milyard illərlə parlamağa davam edə bilirlər.


Ulduzun rəngi ağ, qırmızı və ya mavi ola bilər. Temperaturu 3500 Kelvindən aşağı olan ən soyuq ulduzların rəngi qırmızı olur. Günəş ağımtıl sarı rənglidir, orta temperatur isə 6000 Kelvindir. Ən qaynar ulduzlar mavi rəngdə olur və səthin temperaturu 1200 dərəcə Kelvini aşır. Kütlə temperaturu müəyyən edir. Kütlə nə qədər çoxdursa, nüvə bir o qədər böyük olur, nüvə sintezi isə aktiv baş verir.
Ən böyük ulduzların ölçüsü Saturnun orbitinə bərabərdir. Onlardan biri Orion bürcündə yerləşən Betelgeyze ulduzudur. Onun kütləsi Günəşdən 20 dəfə çoxdur. Məlum ən böyük ulduzun kütləsi isə Günəşdən 1800 dəfə çoxdur, bununla belə Saturnun orbitində yerləşə bilər!


Artıq qeyd edildiyi kimi, qırmızı cırtdanın kütləsi az olsa da, bu, ona 10 milyard illərlə parlamağa bəs edir. Kütləsi çox olan ulduzlarda isə vəziyyət başqa cürdür. Məlum ən böyük ulduzlardan biri Eta Kilyadır və Yerdən 8000 işıq ili uzaqlıqda yerləşir. O, Günəşdən 4 milyon dəfə çox enerji xaric edir. Günəş milyard illərlə parlayacağı halda, Eta Kilya sadəcə bir neçə milyon il mövcudluğunu qoruyub saxlaya biləcək. Astronomların fikrincə, Eta Kilya istənilən zaman partlaya bilər və bu zaman göy üzündəki ən parlaq obyektə çevriləcək.


Ulduzlar çox uzaqda yerləşirlər. Günəş istisna olmaqla, Yerə ən yaxın ulduz 4,2 işıq ili uzaqlıqda yerləşir. Biz ən sürətli kosmik gəmi kəşf etsək belə, bu ulduza çatmaq üçün 70.000 il lazım olacaq.