Bu maraqlıdır!

Balina Alleyası

İnzibati cəhətdən Rusiya Federasiyasına daxil olan İtırqan adasında maraqlı bir kompleks- Balina alleyası var. 

 

Hərfi tərcümədə balina sümüyü yolu (Whale Bone Alley) mənasını verən bu ərazi ilk dəfə SSRİ Etnoqrafiya Universitetinin üzvü M.A.Çlenov tərəfindən tədqiq edilib. İtırqan adası Berinq boğazında yerləşir. İtırqan sözü çukot dilindən tərcümədə “canavar ulaması,” eskimos dilində “”ət çuxuru və ya yolun yarısında qalan yaşayış yeri” mənasını verir. 


Balina alleyası İtırqan adasının cənub sahillərindədir. Alt Punuk dövrünə (XIV—XVI əsrlər) aid edilən bu bölgədə 50-60 ədəd balina başı və 30 ədəd çənədən üstəlik minlərlə xüsusi düzülmüş daşlardan ibarət cığır var. Bu yol Qrenlandiya balinasının çənə və baş sümüklərindən hazırlanıb. Mülahizələrə görə, Balina alleyası qədim Eskimosların müqəddəs məbəd və ibadətgahı olub. Burada müxtəlif dini ayinlər icra edilib. Hətta sümüklər müəyyən sıra ilə düzüldüyünə görə bəzi alimlərin fikrincə, ərazidə idman yarışları da keçirilib.