Təbiət

Nil çayı

Nil yunan sözüdür. Qədim yunanlar bu sözü Nil çayı sahilində yaşayan tayfaların birindən götürmüşdülər. Onlar bu çaya Naqal yəni çay deyirdilər. Qədim Misirlilər özləri bu çayı Yeter adlandırırdı, mənası böyük çay.

 

Nilin müasir adını hal-hazırda Misirdə yaşayan ərəblər vermişlər. Onlar bu çayı əl-bəhr yəni böyük su adlandırırdılar. 

 

Uzunluğuna görə dünyanın ən böyük iki çayından biridir. Uzunluğu 6853 km-dir. Afrika materikində yerləşir. Çay öz başlanğıcını Şərqi Afrika yaylasından götürərək Aralıq dənizinə tökülür. Delta əmələ gətirir. Nil 11 ölkənin ərazisində axır. Bunlar Tanzaniya, Uqanda, Ruanda, Burundi, KDR, Keniya, Efiopiya, Eriteriya, Cənubi Sudan, Sudan və Misirdir.

 

Çayın iki əsas qolu vardır. Ağ Nil və Mavi Nil. Ağ Nil başlanğıcını Şərqi Afrika yaylasındakı Viktoriya gölündən, Mavi Nil isə Efiopiya yaylasındakı göldən götürür.


Daşqınlar zamanı Nilin suyu 6-7 metr qalxır. Bu zaman ətrafdaki torpaqlara qara lil opur. Torpağı münbitləşdirən bu lil 4-16 metr qalınlıqda və 15 km enliyi təşkil edir. Nil vadisi qədimdən bəzi insanların məskunlaşdığı əsas yerdir. Misir sözünün mənasıda "Yeqiped” – "Qara torpaq”deməkdir. Nilin daşqınları olmasa Misirlilər yaşaya bilməzlər. Buna görədə qədimdə Misirlilər deyirdi: "Misir – Nilin hədiyyəsidir.”

 

Nil çayı üzərində suyun səviyyəsini tənzimləmək üçün Asuan adlı böyük su anbarı yaradılmış və SES tikilmişdir. Asuan su anbarı tikildikdən sonra çayda gəmiçilik üçün əlverişli şərait yaranmışdır. Böyük suvarma əhəmiyyətinə mailk olan bu çay xüsusilə Misir və Sudanın həyatında mühüm rol oynayır. Nildən həm də balıqçılıqda, su təchizatında, gəmiçilikdə və s. istifadə edilir. MƏR əhalinin təqribən 97 % Nilin dərəsi zonasında yaşayır.