Təbiət

Yelpik boğaz kərtənkələ

Sitana kərtənkələsi kələzlər fəsiləsinə, yəni pulcuqlular dəstəsinə aid olub, Nepal, Hindistan, Şri Lanka və Pakistanda yaşayır. Digər adı yelpik-boğaz kərtənkələdir (fan-throated lizard). Bu cinsin, son zamanlar  Şri Lankada tapılan  iki növü də daxil olmaqla, ümumi 13 növü var. 

 

2016-cı ildə bu son tapılan iki növ və keçmiş sitana kərtənkələsinin qarışığından yeni Sarada adlı kərtənkələ yaradılıb. Yaradılan Sarada kərtənkələsi Sitana ilə qardaş cinsdir. İkisi birlikdə klad, yəni  əcdadın və nəslin davamçılarının təşkil etdiyi qrupu yaradır. 

 

Yelpik-boğaz kərtənkələ kiçik, orta ölçülüdür. Başdan quyruğa kimi erkəklər 37–47 mm, dişilər isə 36–52 mm olur. Erkəklərin boynunda sallanan dəri var, ancaq dişilərdə yoxdur.  Bu dəri növündən asılı olaraq, kiçik ölçüdən böyüyə doğru olur. Sitanalar torpaqda yaşayır və həşərat, toxumlarla qidalanır.