Afişa

İncəsənət muzeyində bir-birindən maraqlı proqramlar

Yanvarın 10-dan fevralın 16-na qədər Azərbaycan Milli İncəsənət Muzeyində Toğrul Nərimanbəyovun yaradıcılığına həsr olunmuş “Bədii lövhələr” proqramı təqdim olunacaq.

 

Ustad dərsində iştirak edən uşaqlar sənətkarın “Göyçay bağlarında” adlı əsəri üzərində işləyəcək, fərqli texnikalar tətbiq edəcəklər.

 

Bundan əlavə, uşaqlar muzey sərgisində təqdim olunan ölkənin müxtəlif janrları və milli mədəni dəyərləri ilə tanış olacaqlar.

 

Ustad dərsində “Puzzle”, “Mozaika” və “Panno” proqramları da təşkil olunacaq.

 

“Puzzle” proqramına daxildir:
Face-art
Tematik ekskursiya
Kvest
Yaş həddi: 6-15 yaş

 

“Mozaika” proqramına daxildir:
Kölgə tamaşası
Finger art
Muzeylə tanışlıq
Yaş həddi: 3-6 yaş

 

“Panno” proqramına daxildir:
Face- art
Tematik ekskursiya
Yaş həddi 6-15 yaş

Əlaqə telefonu: (012) 492 07 07